EN

Yunan nazirdən etiraf: Türkiyədən başqa hər şey ikinci plandadır

Yunanıstanın müdafiə naziri Nikos Dendias 2026 Maliyyə İli Dövlət Büdcəsi müzakirələri zamanı parlamentdəki çıxışında Türkiyə barədə danışıb.

Publika.az xəbər verir ki, bu barədə "Athinh984" nəşri məlumat yayıb.

Bildirilib ki, Dendias Türkiyəni Yunanıstan üçün əsas təhlükə adlandırıb. O, Ankaranın müdafiə xərclərini qeyd edərək, Yunanıstanın hazırkı büdcəsi ilə üzləşdiyi riskləri vurğulayıb:

"Türkiyənin müdafiə xərcləri 28,7 milyard avro səviyyəsindədir. Yunanıstan isə bu təhlükəyə təxminən 6-7 milyard avroluq büdcə ilə cavab verməyə çalışır. Bunu ən aydın şəkildə rəqəmlərlə təqdim etdim".

Dendias müharibə təhdidinin prioritet olduğunu bildirərək, bütün digər təhlükəsizlik məsələlərinin ikinci planda olduğunu qeyd edib. Nazir yeni müdafiə strategiyası adlanan "2030 Gündəmi" çərçivəsində çəkindirmə doktrinası, güc strukturu və daxili müdafiə sənayesinin öncəlik olduğunu vurğulayıb.

Chosen
40
publika.az

1Sources