EN

Putin: Ukraynada müharibəni dayandırmaq fikrimiz yoxdur

Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibənin davam etdiyini açıqlayıb. O bildirib ki, Moskva Rusiya–Ukrayna münaqişəsinin kök səbəblərini diplomatik yollarla həll etməyə üstünlük verir, lakin danışıqların rədd edilməsi halında Rusiya hərbi əməliyyatları davam etdirəcək.

Vətəninfo.az xəbər verir ki, Putin bu barədə Rusiya Müdafiə Nazirliyinin geniş tərkibdə keçirilən kollegiya iclasında danışıb. Onun sözlərinə görə, Ukrayna və onu dəstəkləyən xarici tərəfdaşlar substantiv danışıqlardan imtina edərsə, Rusiya qarşıya qoyduğu məqsədlərə hərbi vasitələrlə nail olacaq.

Rusiya prezidenti qeyd edib ki, Ukrayna genişmiqyaslı hərbi yardım, kəşfiyyat məlumatlarının mübadiləsi, təlimatçıların və muzdluların iştirakı da daxil olmaqla, faktiki olaraq NATO ölkələrinin hərbi potensialından istifadə edir.

Putin həmçinin vurğulayıb ki, Rusiyanın strateji nüvə qüvvələri dünyada çəkindirmə və güc balansının qorunmasında aparıcı rolunu saxlayacaq.

Bundan əlavə, o, Silahlı Qüvvələrdə robototexnika və süni intellekt texnologiyalarının tətbiqinin sürətləndirilməsi, eləcə də xarici ölkələrlə hərbi və hərbi-texniki əməkdaşlığın fəal şəkildə inkişaf etdirilməsi ilə bağlı tapşırıqlar verib.

Chosen
109
veteninfo.az

1Sources