Güneyli məhbusun anasının dəfnində iştirakına icazə verilməyib.
Redaktor.az bu barədə "Azad İran" telegram kanalına istinadla xəbər verir.
Hazırda Tehranın bədnam Evin zinanında saxlanılan milli fəal Baqir Hacızadəyə dekabrın 15-də vəfat edən anasının dəfn mərasiminə qatılmasının qarşısı alınıb.
Bununla bağlı, onun yaxınları məlumat veriblər. Bildirilib ki, ailə üzvlərinin həbsxana rəhbərliyinə ünvanladığı müraciətlər təmin olunmayıb və mənfi cavab verilib.
Nuriyyə NATİQQIZI