"Yaprak Dökümü"nün unudulmaz aktyoru Tolqa Karel, keçmiş həyat yoldaşı Günay Musayevanın oğulları Cihangir haqqında şok iddialarına sosial mediada sərt reaksiya verib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Karel artıq keçmiş həyat yoldaşının onun barəsində səslədirdiyi ittihamlara səssiz qala bilməyib.
O, sosial media hesabındakı paylaşımda Musayevanın iddialarını "yalan və böhtan" adlandırıb. Karel həmçinin Günayın narkotik maddə istifadəçisi olduğunu iddia edib:
"Oğlum 18 yaşına çatana qədər öz ölkəsində, Türkiyədə qalması daha yaxşı olar. Amma desən ki, artıq təmizəm, həkimdən müsbət qan və saç nümunələri gətir. Bəlkə fikrimi dəyişdim. Məni tanımayan və yalnız o qadının yalanlarına görə digər 4 uşağımın həyatını görməzdən gələnlərdən üzrxahlıq gözləyirəm. Əks təqdirdə ölümlü dünyadır, heç birinə haqqımı halal etmirəm. İnsanlar keçmişi unuda bilər, amma Türkiyə mediası arxivləri və məhkəmə qərarlarını qeydiyyata alır. Deyəsən, narkotik tədarükçün dəyişib və ya yeni bir filmin üçün piar hazırlıqlarına başlamısan".