EN

TDT nin Baş katibi Vaşinqtonda ABŞ Dövlət katibinin müavini ilə görüşüb

ain.az, Azertag portalına istinadən məlumat yayır.

İstanbul, 17 dekabr, Günel Karatepe, AZƏRTAC

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Vaşinqtonda ABŞ Dövlət katibinin müavini Pol Kapur ilə görüşüb.

Bu barədə TDT-dən AZƏRTAC-a verilən məlumata əsasən, görüş zamanı Baş katib təşkilatın nəticəyönlü regional təşkilata çevrilməsini, siyasi, təhlükəsizlik, iqtisadi və texnoloji sahələrdə əməkdaşlığın genişlənməsini, habelə regional sabitliyin və nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafında TDT-nin rolunu vurğulayıb.

ABŞ Dövlət katibinin müavini Pol Kapur Prezident Donald Tramp administrasiyasının TDT ölkələri ilə əməkdaşlıq, xüsusilə bu əlaqələrin investisiya və əlaqələndirmə sahələrində gücləndirilməsinə verdiyi əhəmiyyəti qeyd edərək Orta Asiya və Cənubi Qafqazın strateji önəminə diqqət çəkib.

Tərəflər görüş çərçivəsində TDT–ABŞ əməkdaşlığının daha da gücləndirilməsi məqsədilə çoxmodal nəqliyyat əlaqələri, iqtisadiyyat və enerji sahələrində əməkdaşlıq məsələlərini müzakirə edərək mümkün istiqamətlər üzrə fikir mübadiləsi aparıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
110
2
azertag.az

3Sources