Ermənistan Apostol Kilsəsi ətrafında son dövrlər baş verən proseslərlə bağlı Ermənistanın Baş naziri Nikol Paşinyana sədaqət andı içmiş 10 yepiskop birgə bəyanat yayıb.
Moderator.az xarici KİV-ə istinadən xəbər verir ki, bəyanatda kilsə ətrafında cərəyan edən hadisələrin kilsəyə, dövlətə və mömin xalqa bərpası mümkün olmayan zərər vura biləcəyi bildirilib.
Yepiskoplar vurğulayıblar ki, bu narahatlıqlarını həm bütün ermənilərin katolikosu ilə şəxsi görüşlərdə, həm də ictimai müstəvidə dəfələrlə ifadə ediblər.
Sənəddə qeyd olunur ki, son illər ərzində ruhanilərin və möminlərin səsləri nəinki eşidilməyib, eyni zamanda kilsənin missiyasının icrasına həlledici təsir göstərməyib. Yepiskopların fikrincə, Ana Kilsənin mövcud acınacaqlı durumu Ermənistanın milli və dövlət təhlükəsizliyi maraqları üçün də ciddi təhdid yaradır və qəbul edilən qərarlara görə hər kəs tarix qarşısında məsuliyyət daşıyır.
BÉ™yanatda ruhanilÉ™rÉ™ vÉ™ ErmÉ™nistandakı, elÉ™cÉ™ dÉ™ diasporadakı möminlÉ™rÉ™ çağırış edilib ki, vahid iradÉ™ nümayiÅŸ etdirÉ™rÉ™k bu “dağıdıcı vÉ™ antikanonik prosesÉ™” qarşı É™dalÉ™tli etiraz sÉ™sini ucaltsınlar. Eyni zamanda, ErmÉ™nistan Apostol KilsÉ™sinin xarici maraqlara tabe etdirilmÉ™si cÉ™hdlÉ™rinin tam ÅŸÉ™kildÉ™ rÉ™dd edilmÉ™si tÉ™lÉ™b olunub.
Yepiskoplar 18 dekabr tarixində saat 17:00-da bütün ermənilərin mənəvi mərkəzi sayılan Birinci Taxt Müqəddəs Eçmiədzində toplaşmağa çağırış edərək, Katolikos II Qareginin istefasını artıq zəruri addım kimi qiymətləndiriblər.