Ermənistan xarici əks-kəşfiyyat xidməti yaradacaq. Məsələ 17 dekabrda keçirilən hökumət iclasında səsə qoyulub: “Milli təhlükəsizlik orqanları haqqında” Qanuna bu xidmətin yaradılmasını nəzərdə tutan dəyişikliklər parlament üzvləri tərəfindən ikinci və son oxunuşda səs çoxluğu ilə qəbul edilib.
Xidmət Respublikanın Milli Təhlükəsizlik Xidmətinin nəzdində yaradılacaq.
Layihə 2022-ci ilin sonlarında yaradılmış Xarici Kəşfiyyat Xidməti ilə Milli Təhlükəsizlik Xidməti arasında funksiyaların bölüşdürülməsi səbəbindən qəbul edilib. Yeni bölmə Respublikanın digər ölkələrdəki diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin təmin edilməsindən məsul olacaq.
//Samir Qurbanov, Editor.az