EN

Təyyarədə sərnişinlə kobud davrandı

Joao Kanselo məşhur futbolçuya yaraşmayan davranış nümayiş etdirib. Portuqaliyalı futbolçu təyyarədə diqqəti cəlb edib.

"Football-plus.az" xəbər verir ki, “Əl-Hilal”ın müdafiəçisi təyyarə reysi zamanı onu telefonla çəkən sərnişinə qarşı aqressiv davranıb. Bu haqda AS nəşri məlumat yayıb. Hadisə ilə bağlı video sosial şəbəkələrdə yayılıb. Görüntülərdə Portuqaliya yığmasının 31 yaşlı futbolçusunun onu çəkən sərnişinə yaxınlaşdığı, əvvəlcə onlar arasında zarafat xarakterli dialoqun baş verdiyi, lakin sonradan bunun sözlü mübahisəyə çevrildiyi görünür. Daha sonra Joao sərnişinin əlindən tutaraq onu çəkilişi dayandırmağa çalışıb.

Chosen
38
football-plus.az

1Sources