EN

Ukrayna ilə bağlı qorxunc xəbər: Təhlükəli proqnoz açıqlandı

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Ukrayna iflas həddinə çatıb və növbəti iki il ərzində Avropa İttifaqı tərəfdaşlarından maliyyə dəstəyi tələb edir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb.

Beynəlxalq Valyuta Fondunun (BVF) hesablamalarına görə, Kiyevin 2026 və 2027-ci illərdə təxminən 137 milyard avro (160 milyard dollar) ehtiyacı var və bu vəsait yaza qədər respublikaya köçürülməlidir.

Agentlik Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenə istinadən xəbər verir ki, “bir şey tamamilə aydındır: Ukraynanın növbəti iki il üçün maliyyələşdirilməsi ilə bağlı qərarı Avropa Şurası çərçivəsində verməliyik”.

Avropa Şurasının Prezidenti Antonio Kosta isə bildirib ki, liderlər Kiyevə maliyyə yardımı ilə bağlı müzakirələri bir neçə gün də çəkə bilsə, davam etdirəcəklər.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
154
globalinfo.az

1Sources