ain.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, Sumqayıt şəhərləri və Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində yerləşən fərdi yaşayış evləri, mənzilləri və pilləkən qəfəsləri təmir ediləcək.
Ölkə.Az-ın məlumatına görə, təmir işləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçiriləcək.
Bildirilir ki, bununla baÄŸlı olaraq yenidÉ™n tÉ™xminÉ™n 1 milyon vÉ™saitin ayrılması nÉ™zÉ™rdÉ™ tutulur.Â
Sözügedən işlər qurumun Mənzil İstismarı Departamentinə həvalə olunub. Departament təmirə görə razılaşacağı şirkətlə müqavilə bağlayacaq.
Qeyd edək ki, bundan öncə də sözügedən təmir işləri ilə bağlı əvvəlcə 3 ərazi üzrə 340 min, daha sonra Biləsuvar rayonu üzrə ayrıca 800 min manatın ayrılacağı bildirilirdi.
Həmçinin oxu: Bu məcburi köçkünlərin evləri təmir olunacaq - 3 ərazidə işlər başlayır
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.