EN

ABŞ Prezidenti: İndi biz dünyanın ən güclü ordusuna malikik

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 18 dekabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Silahlı Qüvvələrinin dünyanın ən güclü ordusu olduğunu bəyan edib.

AZƏRTAC xəbər verir ki, Donald Tramp bunu Ağ Evdə vətəndaşlara müraciətində deyib.

“İndi biz dünyanın ən güclü ordusuna malikik və bu, danılmaz faktdır. Mən ABŞ-ın gücünü bərpa etdim, 10 ay ərzində səkkiz müharibəni dayandırdım və Qəzza sektorunda döyüşlərə son qoydum, Yaxın Şərqə 3 min ildən sonra ilk dəfə sülh gətirdim”, - deyə dövlət başçısı bildirib.

Donald Tramp, həmçinin Birləşmiş Ştatların qurulmasının ildönümü münasibətilə Miladdan öncə (25 dekabr) 1,45 milyon ABŞ hərbçisinə 1776 dollar “hərbi mükafat” veriləcəyini söyləyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
59
2
azertag.az

3Sources