EN

AYİB Azərbaycanda gənc sahibkarlara dəstək üçün 20 milyon ABŞ dolları maliyyə ayırır

Bakı. Trend:

Ölkədə Aİ-nin dəstəyi ilə ilk “Gənclər Biznesdə” krediti AYİBAccessBank-a gənclərə məxsus və gənclər tərəfindən idarə olunanKiçik və Orta Sahibkarlıq subyektləri (KOS) üçün 20 milyon ABŞdolları məbləğində kredit ayırır.

Trend xəbər verir ki,Azərbaycanda Aİ-nin EFSD+ vasitəsilə dəstəyi ilə ilk “GənclərBiznesdə” krediti gənc sahibkarları gücləndirəcək və iqtisadiyyatınşaxələndirilməsinə töhfə verəcək.

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) mikro, kiçik və ortasahibkarlıq subyektlərinə (KOS) fokuslanan Azərbaycanın aparıcıbanklarından biri olan AccessBank-a 20 milyon ABŞ dollarınadək(17,1 milyon avro) kredit ayırır.

Razılaşmaya əsasən, AccessBank AYİB vəsaitlərini Azərbaycanınmüxtəlif bölgələrində gənclərə məxsus və gənclər tərəfindən idarəolunan KOS-lara yönəldəcək. Bu vəsait onların böyüməsi,innovasiyaların tətbiqi və ölkənin iqtisadi inkişafına töhfəverməsi üçün zəruri kapitalı təmin edəcək.

Bu kredit həmçinin AccessBank-a bazarın strateji əhəmiyyətliseqmentinə çıxış imkanı verəcək və Azərbaycanda gənclərə məxsus vəgənclər tərəfindən idarə olunan müəssisələr üçün güclü investisiyapotensialını nümayiş etdirəcək.

Avropa İttifaqı (Aİ) bu krediti Avropa Davamlı İnkişaf FonduPlus (EFSD+) çərçivəsində təqdim etdiyi "Qonşuluqda Maliyyəİnklüzivliyi" proqramı vasitəsilə ilkin zərər riskinin qarşılanmasıformasında dəstəkləyir.

Kredit Azərbaycanda AYİB-in “Gənclər Biznesdə” proqramıçərçivəsində verilən ilk maliyyə dəstəyidir və ölkənin gəncsahibkarlarını dəstəkləmək istiqamətində mühüm mərhələni qeyd edir.Kiçik və orta sahibkarlıq subyektləri güclü iqtisadiyyatlarındayağıdır və gənclər sahibkarlığının dəstəklənməsi Azərbaycanıniqtisadiyyatını şaxələndirmək və özəl sektoru gücləndirməkbaxımından həlledici əhəmiyyət daşıyır.

AYİB-in “Gənclər Biznesdə” proqramı artıq Mərkəzi Asiya, Misir,Mərakeş, Türkiyə və Qərbi Balkanlarda fəaliyyət göstərir. Proqramınməqsədi gənc sahibkarların mülkiyyətində və ya idarəçiliyində olanKOS-ların həm maliyyə, həm də qeyri-maliyyə xidmətlərinə çıxışınıtəmin etməkdir.

AYİB Azərbaycanda aparıcı institusional investor olaraq qalır vəindiyədək ölkədə 200 layihə vasitəsilə 3,7 milyard avro investisiyayatırıb. Bankın Azərbaycan üzrə strategiyası qeyri-neft sektorununvə yerli maliyyə qurumlarının dəstəklənməsinə, həmçinin yaşıliqtisadiyyata investisiyaların artırılmasına
yönəlib.

Chosen
20
9
az.trend.az

10Sources