EN

AzMİU Qarabağ eləcə də Şərqi Zəngəzurun elmi və intellektual dayaqlarından biri kimi çıxış edir - Rektor

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 illik yubileyisadəcə bir tarix göstəricisi deyil. Bu yubiley ölkəmizdə memarlıqvə inşaat təhsilinin formalaşması, milli mühəndislik məktəbininyaranması və dövlət səviyyəsində ardıcıl şəkildə dəstəklənməsininməntiqi nəticəsidir.

Trend xəbərverir ki, bu fikirləri bu gwn Azərbaycan Memarlıq və İnşaatUniversitetinin rektoru Gülçöhrə Məmmədova universitetinyaradılmasının 50 illik yubileyi münasibətilə keçirilən təntənəlirəsmi tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“AzMİU-nun keçdiyi inkişaf yolu Azərbaycanın ümumisosial-iqtisadi tərəqqisi ilə sıx bağlıdır və bu yol ölkəninintellektual potensialının formalaşmasında mühüm rol oynayıb”, -rektor əlavə edib.

O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ali təhsil sisteminə,xüsusilə mühəndislik sahəsinə verdiyi strateji əhəmiyyət AzMİU-nunyaradılmasının və institusional inkişafının əsasını təşkiledib.

“Universitetin məhz bu siyasi iradə nəticəsində formalaşması,sonrakı illərdə universitet statusu alması və adının AzərbaycanMemarlıq və İnşaat Universiteti kimi təsdiqlənməsi dövlətinmühəndis kadr hazırlığına uzunmüddətli baxışınıngöstəricisidir”.

Universitet rektoru bildirib ki, bu gün Prezident İlham Əliyevinrəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq,şəhərsalma və bərpa prosesləri ali mühəndis təhsilinə yenikeyfiyyət tələbləri formalaşdırır.

“Ağıllı şəhərlər, yaşıl memarlıq, enerji effektiv tikinti vədavamlı inkişaf prinsipləri AzMİU-nun təhsil strategiyasının əsasistiqamətlərini müəyyən edir və universitet bu çağırışlara uyğunolaraq tədris proqramlarını, elmi fəaliyyətini və kadr hazırlığınıyeniləyir”.

O vurğulayıb ki, “Əsrə bərabər 50 il” devizi universitetintarixini sadəcə zaman ölçüsü kimi deyil, Azərbaycanın inkişafınaverilmiş real töhfələrin simvolu kimi ifadə edir.

“Bu yarım əsr ərzində yetişdirilən on minlərlə memar və mühəndisölkənin şəhərlərinin, infrastrukturunun, sənaye və nəqliyyatsistemlərinin formalaşmasında birbaşa iştirak edib və AzMİU-numilli intellekt mərkəzinə çevirib.

AzMİU bu gün yalnız ali təhsil müəssisəsi kimi deyil, həm dəQarabağ və Şərqi Zəngəzurun bərpası, regionların davamlı inkişafıvə ölkənin gələcək quruculuq strategiyalarında elmi və intellektualdayaqlardan biri kimi çıxış edir. Universitetin məzunları müasirAzərbaycanın memarlıq simasının yaradılmasında, böyük infrastrukturlayihələrinin icrasında və mühəndis qərarlarının verilməsindəaparıcı rol oynayırlar”.

Məqalədə:
Chosen
143
az.trend.az

1Sources