EN

Avrasiya İnkişaf Bankı Ermənistana investisiyanı artırır

Bu barədə AİB-in İdarə Heyətinin sədr müavini Yaroslav Mandron Qazaxıstanın Almatı şəhərində keçirilən mətbuat konfransındaməlumatverib. Onun sözlərinə görə, bank Ermənistan üçün 2022-2026-cı illər aralığında nəzərdə tutulan investisiya həcmini ötüb. Belə ki, 2022-ci ildə beşillik strategiya çərçivəsində AİB ilə Ermənistan hökuməti bu həcmin 2026-cı ilədək təqribən 280 milyon dollarda qərarlaşmasına dair razılığa gəliblər:

"O dövrdə əvvəlki təcrübə nəzərə alınanda sözügedən məbləğ çox böyük görünürdü. Hazırda isə hədəfimizi ötmüş, Ermənistana artıq 380 milyon dollar sərmayə qoymuşuq. Bu, strategiyamız üzrə gözləniləndən xeyli çoxdur. Beləliklə, məqsədimiz sərmayə həcmini2026-cı ilin sonunadək yarım milyarddollara çatdırmaqdır. Bu, tamamilə mümkün nəticədir".

Yaroslav Mandron vurğulayıb ki, AİB Ermənistanda əsasən üç sahəyə:Zəngəzur Mis və Molibden Zavodu ilə genişmiqyaslı proqrama, şirkətlərin rəqəmsallaşdırılma və optimallaşdırılması layihələrinə, kiçik və orta sahibkarlığa dəstəyədiqqət yetirir. Sədr müavinin məlumatına görə, İrəvanbankın ayırdığı vəsaitin 99%-ni iqtisadiyyatın real sektoruna yönəldir.

Firudin Həmidli
AzVision.az
Chosen
65
1
azvision.az

2Sources