Bakı. Trend:
“Euronews” telekanalında regionun əhəmiyyətli rəqəmsal bağlantılayihəsi olan Transxəzər Fiber-Optik Kabel Xətti haqqında xüsusiveriliş yayımlanıb. “Azerbaijan Diary” (“Azərbaycan Gündəliyi”)verilişinin buraxılışında bildirilib ki, “Rəqəmsal İpək Yolu” (Digital SilkWay) təşəbbüsünün mühüm komponenti olan layihə Xəzər dənizinin dibiilə ilk fiber-optik infrastrukturun yaradılmasını nəzərdətutur.
“AzerTelecom” şirkətinin Direktorlar Şurasının sədri EmilMəsimov Transxəzər Fiber-Optik Kabel Xətti layihəsinin sürətləinkişaf edən Orta Dəhliz regionu üçün yaradacağı üstünlüklər,həmçinin layihənin icrasına dair son yenilikləri diqqətə çatdırıb.O, vurğulayıb ki, dayanıqlı fiber-optik xətt regionun İKTekosisteminin inkişafını əhəmiyyətli dərəcədə sürətləndirəcək:“Transxəzər Fiber-Optik Kabel Xətti Avropa ilə Asiya arasında dahaqısa, balanslı və şaxələndirilmiş məlumat ötürülməsini dəstəkləyənvə strateji mövqeyə sahib olan rəqəmsal marşrut olaraq fəaliyyətgöstərəcək”.
Verilişdə, həmçinin layihənin əsas texniki göstəriciləri barədədetallı məlumatlar təqdim olunub. Qeyd edilib ki, tikintisi 2026-cıilin sonunadək tamamlanması gözlənilən kabel xətti regiondatexnoloji asılılığın azalmasına, rəqəmsal xidmətlərin çeşidiningenişlənməsinə və ölkələr, bizneslər, icmalar üçün yeni imkanlarınyaranmasına şərait yaradacaq.
“Euronews”un Transxəzər Fiber-Optik Kabel Xətti layihəsihaqqında hazırladığı xüsusi verilişi təqdim edirik:
“AzerTelecom” haqqında
“AzerTelecom” Azərbaycanın aparıcıtelekommunikasiya şirkəti olmaqla topdansatış operatorusəviyyəsində rabitə xidmətləri, eləcə də rəqəmsal və digərtelekommunikasiya xidmətləri təqdim edir. Şirkət yerli, regional vəbeynəlxalq istiqamətlərdə sürətlə inkişaf edir, həmçinin cəmiyyətinvə İKT sektorunun dayanıqlı inkişafını təmin etmək üçün daimqabaqcıl texnologiyaları və innovasiyaları tətbiq edir.
AzerTelecom müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksəktexnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalqşirkətlər qrupunun tərkibində olan “Azerconnect Group”a daxildir.