EN

Sumqayıtda şirkət əməkdaşı ofisdə öldü - FOTO

Sumqayıt şəhərində yerləşən ofislərdən birində faciə baş verib.

Bakıvaxtı.az News24.az-a istinadən xəbər verir ki, hadisə dekabrın 17-də saat 11 radələrində şəhərin 4-cü mikrorayon ərazisində yerləşən “Dynamex” kargo şirkətində qeydə alınıb.

Şirkətdə çalışan Abşeron rayon sakini, 1998-ci il təvəllüdlü Orxan Dilqəm oğlu Məmmədov iş yerində qəfil vəfat edib.

Onun böyrək çatışmazlığından öldüyü ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Chosen
35
1
bakivaxti.az

2Sources