EN

İspaniyada polislə miqrantlar arasında toqquşma oldu

İspaniya polisi Badalona şəhərində təhsil müəssisəsinin binasından qanunsuz yaşayan miqrantları çıxarmaq üçün əməliyyat keçirib.

7News.Az "Vanguardia" nəşrinə istinadən xəbər verir ki, proses zamanı toqquşmalar olub.

Məlumata görə, təhlükəsizlik qüvvələri Barselona bölgəsində 2023-cü ildən bəri icazəsiz olaraq afrikalı miqrantlar tərəfindən zəbt edilən institutun köhnə binasını boşaltmaq üçün əraziyə gəliblər.

Köçürülmə zamanı iğtişaşlar baş verib, miqrantlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif əşyalar atıblar.

Əməliyyat vaxtı binada təxminən 180 əcnəbi olub, onlardan azı 17-si immiqrasiya qanunlarını pozduqlarına görə saxlanılıblar.

 
 

Chosen
103
7news.az

1Sources