"Bu il ilin sonuna qədər 8 milyon ton ümumilikdə yükaşırma göstəricisi qeyd edəcəyik".
Teleqraf xəbər verir ki, bunu “Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin baş direktoru Eldar Salahov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, növbəti illər göstəricilər daha yaxşı olacaq:
"2024 cü ildə göstəricilər 76 mindən artıq olmuşdu bu ilki göstəricimiz 100mindən daha artıq olacaq. Göstəricilər 104-105minin ətrafında olacaq . Bu 2024 cü illə müqayisədə 40 faiz çox artım deməkdir".