EN

Bu agentliyə direktor təyin olundu

Bu agentliyə direktor təyin olundu

Peşə Təhsili üzrə Dövlət Agentliyinə yeni direktor təyin edilib.

AFN.az Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazir Emin Əmrullayev əmr imzalayıb.

Bu vəzifəyə Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri İlqar Bayramlı gətirilib.

Qeyd edək ki, İ. Bayramlı 2022–2025-ci illərdə Elm və Təhsil Nazirliyində Təhsilin iqtisadiyyatı şöbəsində əvvəlcə müdir müavini, daha sonra şöbə müdiri vəzifələrində çalışıb. 2025-ci ilin sentyabr–dekabr aylarında isə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edib.

Chosen
113
4
afn.az

5Sources