EN

“Dynamex”in 27 yaşlı əməkdaşı iş yerində vəfat etdi

Sumqayıt şəhərinda şirkət əməkdaşı iş yerində vəfat edib.

Avtosfer.az xəbər verir ki, hadisə dünən saat 11 radələrində 4-cü mikrorayon ərazisində yerləşən “Dynamex” kargo şirkətinin ofisində baş verib.

Belə ki, orada işləyən 1998-ci il təvəllüdlü Abşeron sakini Orxan Dilqəm oğlu Məmmədov anidən vəfat edib.

Onun böyrək çatışmazlığından öldüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Chosen
56
3
avtosfer.az

4Sources