EN

Bazar dəyişir: xilas yolu nədədir? - Deputatdan mühüm çağırış

"Süni intellektin inkişaf etməsi bir sıra ölkələrdə iş yerlərinin strukturuna və eləcə də sayına təsir göstərir. Əslində bu ondan xəbər verir ki, əmək bazarında növbəti mərhələdə məhz daha çox ixtisaslı kadrlara ehtiyac olacaq. Süni intellektin inkişafının əmək bazarına neqativ təsirlərinin azaldılmasının əsas yollarından biri xüsusən də təhsilin və peşə təhsilinin inkişaf etdirilməsidir".

Bu sözləri Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycanda bir çox iş sahələri və peşələrin yox olma təhlükəsi ilə üzləşməsindən danışarkən deyib.

Onun sözlərinə görə, artıq inkişaf etmiş ölkələrdə peşə təhsili ilə bağlı xüsusi proqramlar hazırlanır ki, bu proqramlar süni intellektin təsirinin nisbətən az təsir edəcəyi sektorlarda iş yerlərinin dəstəklənməsini hədəfləyir və nəticə etibarilə daha geniş və davamlı məşğulluğun təmin edilməsinə xidmət edir:

"Amma sözsüz, ixtisaslı kadrlara ehtiyacın artacağı artacağı gözlənilir. Bu baxımdan, peşə təhsilinə marağın artırılması və peşə təhsilinin aktuallaşdırılmasına ehtiyac var. Digər tərəfdən isə təbii ki, daha ixtisaslı kadrların və xüsusən də robot texnologiyası, süni intellekt üzrə menecerlər, kosmos mühəndisliyi və digər ixtisaslar üzrə kadr hazırlığının genişləndirilməsinə ehtiyac var ki, əmək bazarındakı bütövlikdə qlobal dəyişikliklər Azərbaycanın əmək bazarına neqativ təsir göstərməsin".

Həmidə İbrahimova

Chosen
104
2
olke.az

3Sources