EN

Lukaşenko: O tarixə ən sülhsevər ABŞ prezidenti kimi düşə bilər

ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişəyə son qoysa, tarixə ən sülhsevər ABŞ prezidenti kimi düşə bilər.

KONKRET.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Amerikanın “Newsmax” televiziya kanalına veriyi müsahibədə bildirib.

“Əgər Ukraynadakı bu münaqişə Trampın köməyi ilə dayandırılarsa, o, tarixə düşəcək. Onun Nobel mükafatına ehtiyacı yoxdur. O, tarixə ABŞ-nin ən sülhsevər prezidenti kimi düşəcək.

Mediadan eşitdim ki, Tramp beş ölkədən ibarət bir blok yaratmağa hazırdır: Rusiya, Çin, Yaponiya, ABŞ və Hindistan. Düşünürəm ki, bu ittifaq gerçəkləşərsə, dünya tamamilə fərqli olacaq”, – deyə o bildirib.

Chosen
39
1
konkret.az

5Sources