EN

 “FINCA Azerbaijan”ın dollar istiqrazlarına 54 investor müştəri çıxıb

“FINCA Azerbaijan” MM QBKT-nin istiqrazlarının Bakı Fond Birjasındakı (BFB) hərracı 18 dekabr 2025-ci il tarixində yekunlaşıb.

Banker.az xəbər verir ki, buraxılış çərçivəsində 30 min ədəd istiqraz hər biri 100 ABŞ dolları nominal qiymətlə yerləşdirilib. Ümumi buraxılış həcmi 3 mln. dolları təşkil edib.

İllik gəlirlilik 9% müəyyən olunub. Faiz ödənişləri ilk yerləşdirmə tarixindən etibarən hər 3 təqvim ayından bir həyata keçiriləcək. İstiqrazların tədavül müddəti 24 aydır.

Ticarətdə 54 investor iştirak edib və 54 sifariş qeydə alınıb.

İstiqrazların anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı “FINCA Azerbaijan” MM QBKT Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2012019207 İstiqrazların növü və forması Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar Ticarət üsulu/forması Kütləvi/ Birqiymətli hərrac İstiqrazların sayı 30,000 ədəd İlkin ticarət qiyməti 100 ABŞ dolları Buraxılış həcmi 3,000,000 ABŞ dolları İllik gəlirlilik faizi 9% Ödəmə periodu İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir Tədavül müddəti 24 ay Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) 3,000,000 ABŞ dolları Reallaşdırılmış həcm 3,000,000 ABŞ dolları Hərrac qiyməti 100.00 ABŞ dolları İnvestor sayı 54 Sifariş sayı 54 Anderrayter   “Unicapital İnvestisiya Şirkəti” ASC
Chosen
131
banker.az

1Sources