EN

Paşinyandan Rusiyaya Naxçıvan mesajı: Təcili məşğul olun

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

“Meğri dəmiryolu ilə bağlı anlaşılmazlıq var. Bura Ermənistan nəzarət edəcək, Rusiya deyil. Çünki Ermənistanın suveren ərazisidir və biz onu heç kimə həvalə etməmişik”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Rusiya xarici işlər naziri Sergey Lavrovun “Tramp Yolu”na qoşulmağa hazır olduqları barədə açıqlamasına toxunan Paşinyan qeyd edib ki, bu, Ermənistan və ABŞ arasında ikitərəfli layihədir və üçüncü ölkənin iştirakı yalnız ikitərəfli formatda müzakirə edilə bilər:

“Bu, aydın şəkildə ifadə olunub və mən çərçivədən kənarda şərh verməyi düzgün hesab etməzdim. Amma rusiyalı tərəfdaşlarımızdan Yerasx-Naxçıvan və Axuryan hissələrindən Türkiyə sərhədinə qədər dəmir yolunun tam bərpası ilə təcili məşğul olmalarını xahiş etmişəm. Yaxın gələcəkdə İcevan-Qazax hissəsi ilə bağlı da eyni məsələni qaldıracağam, çünki həmin hissənin mümkün qədər tez bərpasına ehtiyac var. Ümid edirəm, rusiyalı tərəfdaşlarımız bu xahişi mümkün qədər tez gerçəkləşdirəcəklər”.

Safura Bənnayeva

Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
73
globalinfo.az

1Sources