EN

Qazaxıstan Yaponiya ilə 3,7 milyard dollarlıq müqavilə imzalayacaq

ain.az, Newscenter.az portalına istinadən məlumat verir.

.Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Yaponiyaya rəsmi səfəri zamanı bir sıra sənəd və müqavilələrin imzalanması planlaşdırılır.Newscenter.az Akorda-ya istinadən bildirir ki, bunu dövlət başçısının köməkçisi və mətbuat katibi Ruslan Jeldibay deyib.O bildirib ki, planlaşdırılan kommersiya müqavilələrinin ümumi dəyəri 3,7 milyard dolları keçəcək."Bu məqsədlə prezidentin Tokioda iri Yaponiya biznes nümayəndələri ilə şəxsən görüşməsi gözlənilir. Ümumilikdə 40-dan çox sənədin imzalanması planlaşdırılır. Sazişlərin əhatə etdiyi əsas sahələrə enerji, bərpa olunan enerji mənbələri, rəqəmsallaşdırma, mədən sektoru və nəqliyyat daxildir", - deyə Jeldibay bildirib.Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
125
newscenter.az

1Sources