ain.az, GlobalInfo portalına istinadən məlumat verir.
Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqının (Aİ) xarici işlər üzrə ali nümayəndəsi Kaja Kallasın son çıxışına münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
“Kallasın İrəvana seçkilərdə kömək etməyə hazır olması barədə verdiyi sözləri Avropanın Ermənistanın işlərinə müdaxiləsinin səmimi etirafıdır”, – deyə o bildirib.
Qeyd edək ki, bundan əvvəl Avropa İttifaqının Xarici İşlər Xidmətinin rəhbəri Kaya Kallas Ermənistanı Rusiyaya qarşı sanksiyalara qoşulmağa çağırıb.
“Dünya nizamı dəyişir və strateji mövqelərin Aİ-nin ümumi xarici siyasəti ilə uyğunlaşdırılması Aİ tərəfdaşları, o cümlədən Ermənistan üçün çox vacibdir”, – o deyib.
Əliyar Xəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.