EN

Qaxda piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib

Qax, 18 dekabr, Rasim İslamoğlu, AZƏRTAC

Qax rayonunun Qaxbaş kəndi ərazisində 1 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, Qax-İlisu avtomobil yolunun rayonun Qaxbaş kəndindən keçən hissəsində sürücü Həlimə Bayramlı idarə etdiyi “Nissan” markalı avtomobillə 43 yaşlı Maya Otaraşvilin vurub.

Qaxbaş kəndinin sakini olan piyadaya yerində ilkin tibbi yardım göstərilikdən sonra o, Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadının müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Chosen
157
azertag.az

1Sources