"Bütün üzv dövlətlər seçilmiş strategiya ilə razılaşmasa belə, Aİ Ukraynaya maliyyə yardımı etməlidir".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Danimarkanın Baş naziri Mette Frederiksen bildirib.
"Hər kəsin birlikdə qərar verməsini istərdim, amma vaxt azalır. 27 üzvdən ibarət birliyin bir üzvü düzgün hərəkətlərə mane olmamalıdır", - Baş nazir bildirib.