Premyer Liqanın möhkəm komandalarından sayılan "Şamaxı" uğurlu qrafik cızır. Gedişata uyğun olaraq, avrokuboklar uğrunda mübarizəyə də qoşula bilərlər.
Heyətdə legionerlərlə yanaşı, istedadlı yerli futbolçular da yer alıb. Bu mənada U-21 millimizin üzvü Oruc Məmmədovu fərqləndirmək olar. Yayda "Şamaxı"ya keçən futbolçu qısa vaxtda əsas heyət oyunçusuna çevrilməyi bacarıb. Göstərdiyi yaradıcı oyun üslubuyla diqqət çəkir.
Həm millimizin, həm də "Şamaxı"nın baş məşqçisi olan Ayxan Abbasovun bu futbolçuyla bağlı fikirlərini öyrəndik. Sportal.az saytına açıqlama verən Ayxan bəy Orucun müsbət və çatışmayan cəhətlərini qeyd etdi:
"Oruc MÉ™mmÉ™dovla tanışlığımız bu ilin mart ayında U-21 millisinin toplanışı zamanı olub. O vaxt Oruc "SÉ™bail"dÉ™ çıxış edirdi, onu hücumçu mövqeyindÉ™ oynadırdılar. Amma biz Orucu millidÉ™ dayaq zonasında sınadıq. HÉ™min toplanışın hÉ™r iki oyununda xoÅŸ tÉ™sir bağışladı. "SÉ™bail"lÉ™ müqavilÉ™si bitÉ™ndÉ™n sonra onu "Åžamaxı"ya dÉ™vÉ™t etdik.Â
Müsbət və çatışmayan cəhətləri ilə bağlı mütəmadi danışıram onunla. Topla rəftarı çox yaxşıdır, başla da yaxşı oynayır. Çatışmayan cəhəti dinamikadır, müdafiə davranışıdır. Bir çox gənclərdə olduğu kimi onda da stabillik çatmır. Amma sevindirici haldır ki, axır matçlarda stabil oynayır. Orucun böyük potensialı var. Gələcəkdə əsas milliyə də dəvət ala bilər. Təbii ki, bunun üçün üzərində çalışmalıdır".
saytlarin hazirlanmasi