EN

Kiçik yaşlı uşaqlar üçün distant təhsil əlverişli deyil AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Bağça və məktəb uşaqlar üçün ilk sosial təcrübə məkanıdır və məhz bu mərhələdə formalaşan uşaqların inkişaf ehtiyacı daha yüksək olur. Bu səbəbdən uşaqların cəmiyyət içində olması və sosiallaşması daim tövsiyə edilir. Sosiallıq insanın təməl xüsusiyyətlərindən biridir və onu digər canlılardan fərqləndirən əsas cəhətlərdəndir".Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Fidan Canbabazadə deyib."Kiçik yaşlı uşaqlar üçün distant təhsil əlverişli deyil. Bu yaşda uşaqların məktəb sisteminə uyğunlaşması çətin olur və distant təhsil onların sosiallaşma və disiplin inkişafını zəiflədir. Distant təhsil əsasən yuxarı siniflərdə və universitetə hazırlıq mərhələsində faydalı ola bilər.Uşaqlar məktəbə gedib-gəlməklə sosial bacarıqlar qazanır, qayda-qanunu və disiplini öyrənirlər. Buna görə də distant təhsil yalnız zərurət yarandıqda, məsələn, pandemiya dövründə tətbiq edilməlidir. Erkən yaşdan distant təhsilə alışmaq uşaqların gələcək təhsil mərhələlərində ciddi çətinliklər yarada bilər".Psixoloq deyib ki, planşet və telefonlardan geniş istifadə uşaqları onsuz da cəmiyyətdən müəyyən qədər uzaqlaşdırır:"Bu baxımdan kiçik yaşlarda distant təhsil problemli və səmərəsizdir. Daha effektiv yanaşma dərs proqramlarının optimallaşdırılması, dərs günlərinin azaldılması və siniflərin kiçildilməsidir, distant təhsil deyil".Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
87
demokrat.az

1Sources