EN

“Audi” sürücüsü baykerlə mübahisə edib qayda pozdu – Ağır qəzada 2 nəfər öldü - VİDEO

Buzovnada qonşusunu öldürməkdə, onun arvadı və oğlunu yaralamaqda təqsirləndirilən İnşallah Hacıyevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, İnşallah Hacıyev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı İ.Hacıyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Qeyd edək ki, Xəzər rayon Prokurorluğunun yaydığı məlumata görə, ötən ilin oktyabrın 6-da gecə saat 2 radələrində paytaxtın Xəzər rayonu ərazisində 1977-ci il təvəllüdlü Qurban Məlikovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 17 yaşlı İnşallah Hacıyevin rayonun Buzovna qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində qohumu və qonşusu 1977-ci il təvəllüdlü Qurban Məlikova, 1982-ci il təvəllüdlü Könül Məlikovaya və 2003-cü il təvəllüdlü Məzahir Məlikova kəsici alətlə xəsarət yetirməsi barədə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Chosen
113
avtosfer.az

1Sources