EN

“Hazırda “bomj” kimi bir həyat yaşayıram...”

“Evim, yəqin, bir gün, bəlkə də, yenidən sevdiyim bir adamın ürəyi olacaq... Bəlkə də... Bilmirəm”.

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov Oxu.az-a müsahibəsində deyib.

Xalq artisti Azərbaycandan köçüb getməsi fikrinin olub-olmaması ilə bağlı ona ünvanlanan suala maraqlı cavab verib:

“Səmimi deyim ki, əgər siz mənim cədvəlimə baxsanız, görərsiniz ki, hazırda “bomj” kimi bir həyat yaşayıram. Bir yerdə 2-3 həftədən çox qalmıram. Xaricdə də, Azərbaycanda da evim var, şükür Allaha, amma mənim üçün “sənin evin haradadır?” sualına cavab yoxdur.

Bilirsiniz, işimiz belədir ki, gəlirəm Bakıya, üç həftə burada, on gün başqa yerdə oluram, sonra yenə qayıdıram, yenə gedirəm-gəlirəm və bu proses belə davam edir. O ki qaldı Bakıda, ya Milanda yaşamağa, onsuz da mən hazırda təyyarədə yaşayıram.

Chosen
29
10
publika.az

5Sources