"Qarabağ" Misli premyer-liqasının 1-ci turunun təxirə salınmış oyununda "Sabah"ın qonağıdı.
"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisi birinci hissədə ciddi itki ilə üzləşib.
Belə ki, yarımmüdafiəçi Xoni Montiel sıradan çıxıb. Zədələnən futbolçu oyunu davam etdirə bilməyib və 25-ci dəqiqədə Marko Yankoviçlə əvəzlənib.
Hazırda davam edən matçda hesab 1:1-di.