Moskvada robot qadını yıxıb xəstəxanalıq edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, Moskvada robot iştirakı ilə bədbəxt hadisə baş verib. Şəhərin Köhnə Arbat küçəsində hərəkət edən robot yoldan keçən qadına badalaq gəlib.
Gözlənilməz zərbədən müvazinətini itirən qadın yerə yıxılıb. Bildirilir ki, zərərçəkən yıxılarkən az qala boynunu sındıracaqmış. Hadisə həmin vaxt küçədəki mənzərəni videoya çəkən başqa bir piyadanın kamerasına təsadüfən düşüb.
Hadisə şahidləri dərhal təcili yardım çağırıblar.
Xuraman Etibarlı
İnterpress.az