Metbuat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Premyer Liqanın I turdan təxirə salınmış oyunda "Sabah" ölkə çempionu "Qarabağ"la qarşılaşıb.
Metbuat.az xəbər verir ki, "Bank Respublika Arena"da baş tutan oyun ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdamlıların heyətində 9-cu dəqiqədə Leandro Andrade hesabı açıb. 52-ci dəqiqədə Coy Lens Mikels "bayquşlar"ın bərabərlik, 88-ci dəqiqədə Aron Maluda isə qələbə qolunu vurub.
Qeyd edək ki, "Sabah" 34 xalla turnir cədvəlində liderliyi ələ keçirib. 33 xala malik "Qarabağ" ikincidir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.