Sosial şəbəkələrdə 2026-cı ildən təyyarədə dərman daşınmasına yeni qaydaların tətbiq olunacağına dair məlumatlar paylaşılır.
Xezerxeber.az-ın xəbərinə görə, paylaşımlarda bildirilir ki, yeni qaydalara əsasən, dərman vasitələri yalnız istehsalçının təqdim etdiyi orijinal qablaşdırmada daşına bilər. Turizim eksperti Fariz Bəşirov deyir ki, əsas məsələ ondan ibarətdir ki, dərmanlar yalnız öz orijinal, zavod qablaşdırmasında aparılmalıdır.
Ekspert deyir ki, xüsusilə reseptlə satılan, güclü təsirə malik və ya psixotrop tərkibli dərmanlar əlavə suallar yarada bilər.
Sözügedən məsələ ilə bağılı Azərbaycan Hava Yollarından bildirildi ki, dərmanların daşınması müvafiq qanunvericiliklə, aidiyyəti qurumların qəbul etdiyi qərarlarla tənzimlənir.
Dövlət Gömrük Komitəsindən isə bildirdilər ki, qaydalar Nazirlər kabinetinin 305 saylı qərarı ilə tənzimlənir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün ən azı 2 ədəd malı müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada gömrük sərhədindən keçirmək hüququna malikdir. Miqdar 2-dən çox olduqda gömrük ödənişləri edilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.