EN

ABŞ İran neftinin satışı və daşınması ilə bağlı şirkətlərə və gəmilərə sanksiyalar tətbiq edib

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ hakimiyyəti, İran nefti və neft məhsullarının daşınması və satışı ilə əlaqəli olan 29 gəmiyə və bir sıra şirkətlərə məhdudiyyətlər tətbiq edib.

APA xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin açıqlamasında bildirilib.

Açıqlamada həmçinin bildirilib ki, nazirlik yüz milyonlarla dollar dəyərində İran neft məhsullarını daşıyan 29 "kölgə donanması" gəmisinə və onları idarə edən şirkətlərə məhdudiyyətlər tətbiq edib.

Bu şirkətlər Misir, Hindistan, Panama və Marşal adalarında fəaliyyət göstərir və ya yerləşir.

Qeyd edək ki, ABŞ artıq İran nefti və neft məhsullarının daşınması ilə məşğul olan 180-dən çox gəmiyə sanksiyalar tətbiq edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
38
2
apa.az

3Sources