EN

"Bu nəticəni gözləyirdim" - Qurban Qurbanov

"Qarabağ" Misli premyer-liqasının 1-ci turunun təxirə salınmış oyununda "Sabah"a uduzdu - 1:2.

"Football-plus.az" xəbər verir ki, "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- "Sabah"ı qələbə münasibətilə təbrik edirəm. Bu nəticəni gözləyirdim. Komandam həddindən artıq güc sərf edib. Problemlər oldu. Çox oyun keçiririk. Bu matç bizə böyük fayda verəcək. Çox ciddi hazırlaşan komandaya qarşı oynadıq. Rəqibin gücünü, istəyini gördük. Əsl futbol atmosferi var idi. İki gün sonra Qəbələdə oyunumuz var. Həmin matça hazırlaşacağıq.

- Montielin durumu necədi? Sanki onun meydanı tərk etməsindən sonra fərqli oyun gördük. Həlledici məqam kimi bu məcburi əvəzetməni göstərə bilərik?
- Montiel fiziki cəhətdən tam hazır deyil. Onun üçün sıx qrafikdə oynamaq asan deyil. Oyunun qırılma nöqtəsi kimi bunu deyə bilmərəm. Lakin meydanda olması bizim üçün üstünlük olardı.

- Yankoviçin yaxşı oynaya bilməməsi nə ilə bağlı idi?
– Yankoviç dünən yüngül zədə almışdı. Onun meydana çıxması riskli idi. Məcburən bu addımı atdıq.

- "Sabah"ın oyununu gördükdən sonra ürəyinizdə bu mövsüm çempion dəyişə bilər deyə düşündüz?
- Məndə hər mövsüm bu fikir olur. 1-ci yerə daim  eyni komanda sahib olmur. Bu gün qarşımızda böyük işlər görmüş klub var. Gələcəyə böyük yatırım sərf ediblər, planları var. Biz daha ciddi və diqqətli olmalıyıq.

- "Sabah"ı bu heyət və oyunla avrokuboklarda nəsə edə biləcəyinə inanırsınızmı?
- "Sabah" çempion olmaq iddiasındasısa, Avropada niyə nəticə əldə etməsinlər? Belə hal olsa, hamımız sevinərik. "Sabah"ın Avropada təcrübəsi olan baş məşqçisi də var. Addım-addım yaxşı işlər görürlər. 

Chosen
19
4
football-plus.az

5Sources