EN

İsrail və Almaniya 3,1 milyard dollar dəyərində müqavilə imzalayıblar

İsrail və Almaniya arasında hərbi əməkdaşlıq genişlənir. Belə ki, İsrail aerokosmik sənayesi tərəfindən istehsal olunan Arrow-3 hava və raketdən müdafiə sisteminin genişləndirilməsi üçün təxminən 3,1 milyard dollar dəyərində müqavilə imzalayıblar.

"Ölkə.az" xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Müqavilənin genişləndirilməsi iki il əvvəl imzalanmış ilkin alış müqaviləsini tamamlayır. Nazirlik qeyd edib ki, iki müqavilənin ümumi dəyəri təxminən 6,7 milyard dollardır.

Arrow-3 İsrail və ABŞ tərəfindən birgə yaradılan, uzun mənzilli, atmosferdən kənarda ballistik raketləri məhv etmək üçün nəzərdə tutulmuş yüksək texnologiyalı müdafiə sistemidir. Bu sistem, ballistik raketləri onların kosmosdakı uçuş mərhələsində (atmosferə daxil olmamışdan əvvəl) vurmaqla, nüvə, kimyəvi, bioloji və ya adi başıqları daşıyan qitələrarası raketləri məhv edə bilir. Arrow 3 həmçinin peyk əleyhinə silah kimi istifadə oluna bilər. 

Elvin

Ölkə.az

Chosen
120
olke.az

1Sources