
2025-ci il avqustun 8-də Vaşinqton Sülh Sammitində əldə olunmuş razılaşmaların, əsasən də “Tramp Marşrutunun” həyata keçirilməsi çərçivəsində Ermənistan-ABŞ işçi qrupunun ilk iclası keçirilib.
Yeniavaz.comxəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş dekabrın 17-də keçirilib.
Distant keçirilən görüşdə Ermənistan tərəfi adından xarici işlər nazirinin müavini Vahan Kostanyan, Amerika tərəfi adından isə ABŞ dövlət katibinin köməkçisinin müavini Sonata Kulter çıxış edib.