Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.
“Növbəti 5 il üzrə proqnozlarım: Ukrayna ya bir neçə dövlət arasında tam bölüşdürüləcək, ya da dənizdən təcrid olunmuş kiçik bir ərazidə mövcud olacaq. NATO ləğv olacaq, əvəzində Avropanın bir neçə dövlətindən ibarət 2-3 hərbi ittifaq yarana bilər”.
KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, bunu politoloq Asif Şəfqətov bildirib.
Asif Şəfqətovun proqnozuna əsasən, Avropa İttifaqı parçalanacaq:
“Avropada sərhəd müharibələri başlayacaq. Britaniyadan Şotlandiya və Ş.İrlandiya ayrılacaq. ABŞ Kanada və Qrenlandiyanı ilhaq edəcək. Çin Tayvanı dinc yolla özünə birləşdirəcək.İsrail ya ləğv olacaq, ya da əhalisinin yarısını itirəcək”.
O bildirib ki, proqnozlar indi fantastik görünsə də, baş vermə ehtimalı yüksəkdir: “Bu proqnozlar indi fantastik görünür, lakin ilk 3 hadisə baş verərsə, digərləri “domino” effektinin nəticəsi olacaq. İlk 3 hadisənin baş vermə ehtimalı isə çox yüksəkdir. NATO hətta daha tez ləğv ola bilər”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.