EN

KNDS “Leopard 2A8” tankları üçün 150 gövdənin istehsalı üzrə müqavilə imzalayacaq

Bakı. Trend:

Əsas ofislərindən biri Münhendə yerləşən Avropa silah holdinqiKNDS Çexiyanın Czechoslovak Group (CSG) şirkətinə məxsus “TatraDefence Vehicle” ilə “Leopard 2A8” tankları üçün 150 gövdəninistehsalını nəzərdə tutan müqavilə imzalayacaq.

Trend xəbər verirki, bu barədə KNDS-in mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, KNDS “Holding Tatra Defence Vehicle”ilə 150 ədəd “Leopard 2A8” tank gövdəsinin istehsalı üçün müqaviləbağlayacaq və sifarişin həcmi 300 gövdəyədək artırıla bilər.

Müqavilənin dəyərinin yüz milyonlarla avro olduğu bildirilir.Layihənin icrası “Tatra Defence” şirkətinin iki yeni istehsalmüəssisəsi ilə genişlənməsinə və təxminən 300 yeni iş yerininyaradılmasına imkan verəcək.

Qeyd olunur ki, istehsal ediləcək “Leopard 2A8” tankları, digərölkələrlə yanaşı, Çexiya Ordusu tərəfindən də istifadəolunacaq.

Chosen
140
az.trend.az

1Sources