EN

Britaniya təcrübəsi Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına dəstək olur - Lord Olderdays (ÖZƏL MÜSAHİBƏ)

Bakı. Trend:

Böyük Britaniya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsiüçün təbii tərəfdaşdır və mən ölkənin daha şaxələndirilmiş,həmçinin dayanıqlı iqtisadiyyata transformasiyasına dəstəkməqsədilə aparıcı dünya ekspertlərinin cəlb edilməsində rolumuzugörürəm.

Bunu Trend-ə özəlmüsahibəsində Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiyadakıticarət elçisi Lord Con Olderdays bildirib.

“Baş nazirin Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisikimi ilk rəsmi səfərim çərçivəsində Bakıda olmaqdan məmnunam. Busəfər ikitərəfli münasibətlərimizin mühüm bir mərhələsinə təsadüfedir – cari ilin avqust ayında Böyük Britaniya və Azərbaycantərəfdaşlığımızın səviyyəsinin strateji mərhələyə yüksəldiyini elanetdilər ki, bu da iqtisadi əlaqələrimizin dərinliyini vəiddialılığını əks etdirir”, – deyə Lord Olderdays qeyd edib.

O, Böyük Britaniyanın Azərbaycana yatırdığı investisiyalarınmiqyasından danışaraq bildirib ki, ölkə artıq 37 milyard funtsterlinqdən çox investisiya ilə Azərbaycanın ən böyük birbaşaxarici investorudur və iqtisadi əlaqələr getdikcə möhkəmlənir.

“Xüsusilə maraqlı olan məqam tərəfdaşlığımızın Britaniyatəcrübəsinin Azərbaycanın prioritetləri ilə üst-üstə düşdüyüsahələrdə inkişaf etməsidir. Təmiz enerji əsas sektorlarsırasındadır – Azərbaycanın bu sahədəki iddialı proqramı BöyükBritaniyanın yeni sənaye strategiyası ilə mükəmməl şəkildə uzlaşır.Bərpa olunan enerji layihələrində, dənizdə külək enerjisi üzrədəyər zəncirlərində, elektrik şəbəkələrinin modernləşdirilməsindəvə hidrogen texnologiyalarının inkişafında real dinamika müşahidəedirik. Artıq bu sahədə 50-dən çox Britaniya şirkəti fəaliyyətgöstərir və onların sayı ildən-ilə artır”, – deyə o vurğulayıb.

Lord Olderdays bu prosesi aydın şəkildə nümayiş etdirən ikilayihədən də bəhs edib. Onun sözlərinə görə, bərpa olunan enerjimənbələri və “yaşıl interkonnektorlar” layihələri sahəsində dünyalideri olan "Xlinks" şirkəti “Yaşıl enerji dəhlizi” təşəbbüsüçərçivəsində “Green Energy Corridor” enerji şirkəti ilə məcburixarakter daşımayan əməkdaşlıq memorandumu imzalayıb. Bu təşəbbüsXəzər dənizinin dəniz külək enerjisinin dörd ölkə və Qara dənizvasitəsilə Avropa bazarlarına çıxarılmasını nəzərdə tutur.

“Bu, Britaniya şirkətlərinin regional enerji təhlükəsizliyininmöhkəmləndirilməsi və karbonsuzlaşdırma prosesininsürətləndirilməsi məqsədilə şəbəkələrarası əlaqələr və enerjisistemlərinin modernləşdirilməsi sahəsində öz qabaqcıltəcrübələrini necə tətbiq etdiyini aydın şəkildə göstərir, – deyə oqeyd edib.

Lord Olderdays Böyük Britaniyanın dayanıqlı infrastruktursahəsindəki töhfəsini də vurğulayıb:

““Rapid Solutions” və “SOCAR Green” arasında imzalanmışəlamətdar saziş Azərbaycanın ən enerji tutumlu sahələrindən biriolan su infrastrukturunun modernləşdirilməsinə imkan verəcək.Layihə enerji səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaq,Azərbaycanın iqlim öhdəliklərini dəstəkləyəcək və Britaniyanındayanıqlı infrastruktur sahəsindəki innovasiyalarının uzunmüddətliiqtisadi dayanıqlıq üçün zəruri olan aşağı karbonlu sistemlərinyaradılmasına necə töhfə verdiyini göstərəcək”.

İqtisadiyyatın şaxələndirilməsinə dəstək

“Böyük Britaniya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsiüçün təbii tərəfdaşdır və mən ölkənin daha şaxələndirilmiş vədayanıqlı iqtisadiyyata transformasiyasına dəstək məqsədilə aparıcıdünya ekspertlərinin cəlb edilməsində rolumuzu görürəm”, – deyəLord Olderdays vurğulayıb.

“Təmiz enerji, qabaqcıl istehsal, həyat elmləri, rəqəmsaltexnologiyalar və maliyyə xidmətləri sahələrində güclü tərəflərimizAzərbaycanın ambisiyaları ilə ideal şəkildə uzlaşır”.

O, əsas layihələr və sektorlar barədə danışaraq bunlarıbildirib:

“Biz artıq təmiz enerji sahəsində tərəfdaşlığın realnəticələrini görürük. Şəfəqdə bp-nin günəş elektrik stansiyası vəSəngəçal terminalının elektrikləşdirilməsi kimi layihələrəməkdaşlığımızın karbohidrogen xammalı çərçivəsindən kənaraçıxdığını nümayiş etdirir. Britaniya şirkətləri Azərbaycanınekoloji təmiz enerjinin qərb və şərq istiqamətlərində ixracatıplanlarında fəal iştirak edir, interkonnektorlar, dəniz-küləkenerjisi və elektrik şəbəkələrinin modernləşdirilməsi sahələrindəkitəcrübələrində istifadə edirlər– bu sahələrdə Böyük Britaniya dünyalideridir. Məsələn, “Arup” şirkəti paylayıcı şəbəkələrinmodernləşdirilməsi üzrə “Azərişıq” ilə əməkdaşlıq edir”.

Maliyyə, səhiyyə və təhsil sahələrinə toxunan Lord Olderdaysəlavə edib ki, Britaniya şirkətləri karbon bazarları, mühasibatstandartları və kapital bazarının inkişafı üzrə ekspertiza təqdimetməklə Azərbaycanın bank sektoruna dəstək göstəriblər.

“Səhiyyə və biotibb elmləri sahəsində əməkdaşlıq Azərbaycanınsəhiyyə orqanları ilə daimi dialoq vasitəsilə davam edir. Təhsilisə ölkənin gələcəyinə yönəlmiş ən güclü uzunmüddətliinvestisiyamızdır. Azərbaycanlı dövlət təqaüdçülərinin 70 faizitəhsil üçün Böyük Britaniyanı seçir. Uorvik Universiteti kimi alitəhsil müəssisələri Azərbaycan Dövlət Neft və Sənaye Universitetiilə əməkdaşlıq edərək bərpa olunan enerji mənbələri üzrə ikilidiplom proqramları təklif edir. Bu isə qarşıdakı transformasiyalaratöhfə verəcək yeni nəsil peşəkarların hazırlanmasına xidmət edir”,– deyə o qeyd edib.

Orta Dəhlizin potensialından maksimumistifadə

Lord Olderdays Avropa ilə Asiyanı birləşdirən Orta DəhlizdəAzərbaycanın əsas rolunu vurğulayıb.

“Böyük Britaniya bu dəhlizin təkcə regional ticarət üçün deyil,həm də enerji təhlükəsizliyi və dayanıqlı nəqliyyat baxımındanstrateji əhəmiyyətini tanıyır ki, bu da qlobal iqtisadiyyat üçünson dərəcə vacibdir”, – deyə o bildirib.

“Logistika, infrastrukturun maliyyələşdirilməsi və tənzimləyiciislahatlar sahəsində Britaniya təcrübəsi Azərbaycanın məqsədləriilə uzlaşır. Şirkətlər hava limanları və limanlar üzrə başplanlaşdırma, dəmir yollarının modernləşdirilməsi və inteqrasiyaolunmuş multimodal nəqliyyat sistemləri sahəsində dünya səviyyəliimkanlar təqdim edirlər – məhz bu cür infrastruktur dəhlizinpotensialını tam şəkildə açır”, – deyə ticarət elçisi əlavəedib.

O qeyd edib ki, Britaniya şirkətləri yüklərin daşınmasınısürətləndirən və sərhədlərdə tıxacları azaldan intellektualsistemlərdə ön sıralarda yer alır ki, bu da dəhlizin rəqabətqabiliyyəti üçün mühüm əhəmiyyət kəsb edir. “Biz hesab edirik ki,uzunmüddətli uğur aşağı karbon emissiyalı dayanıqlı nəqliyyataəsaslanmalıdır. Orta Dəhlizin "yaşıl ticarət marşrutu"na çevrilməkimkanı var və dayanıqlı infrastruktur sahəsində Britaniya təcrübəsibu keçidə liderlik etməkdə Azərbaycana kömək edə bilər”, – deyəlord Olderdays vurğulayıb.

Strateji layihələr üçün UKEF-dən istifadə

Ticarət nümayəndəsi Böyük Britaniyanın ixrac-kredit agentliyiolan UKEF tərəfindən təqdim olunan maliyyə alətləri barədə dədanışıb:

“UKEF Böyük Britaniya ilə Azərbaycan arasında əməkdaşlığındərinləşdirilməsi baxımından güclü alətdir. Ölkə üçün 5 milyardfunt sterlinq məbləğində kredit xəttimiz mövcuddur. Bu, təkcəmaliyyələşmə demək deyil, həm də iri layihələrin dəstəklənməsi,onların podratçılar və investorlar üçün cəlbediciliyininartırılması, iqtisadiyyatın şaxələndirilməsinə töhfə verən stratejiinvestisiyaların sürətləndirilməsi deməkdir”.

O, UKEF-in dəstəyi ilə həyata keçirilmiş ilk sövdələşməni –Milli Aviasiya Akademiyası üçün "Boeing 777" uçuş trenajorununtədarükünü misal kimi göstərib.

“Bu sövdələşmə Azərbaycanın aviasiya sektorunu dəstəkləyir vədaha dərin aerokosmik əməkdaşlıq üçün imkanlar açır”, – deyə LordOlderdays izah edib.

“Təmiz enerji sahəsindəki layihələr UKEF-in dəstəyi üçünxüsusilə uyğundur. İstər dəniz-külək enerjisi, günəş və hidrogenlayihələri, istərsə də elektrik şəbəkələrinin modernləşdirilməsiolsun – bunlar böyük investisiyalar və uzunmüddətli etimad tələbedən iri infrastruktur təşəbbüsləridir. UKEF-in maliyyələşdirməmüddətinin 22 ilədək uzadılması mühüm fərqləndirici cəhətdir. OrtaDəhlizin nəqliyyat infrastrukturu, rəqəmsal sistemlər, şəhərmodernləşdirilməsi, su infrastrukturu və dayanıqlı inşaat Britaniyaşirkətlərinin güclü təcrübəyə malik olduğu sahələrdə əhəmiyyətlimaliyyə imkanları yaradır”, – deyə o əlavə edib.

Britaniya memarlığı və şəhərsalma

“Britaniyalı memarlar Azərbaycanın şəhərlərinintransformasiyasına mühüm töhfə verirlər. “Zaha Hadid Architects”,“Chapman Taylor” və “Scott Brownrigg” yaşıl tikinti və dayanıqlıplanlaşdırma sahəsində təcrübə gətirərək əsas şəhər layihələrinidəstəkləyirlər”, – deyə Lord Olderdays qeyd edib.

O, daha geniş təsiri də vurğulayıb: “Baku Build sərgisindəbritaniyalı memarlıq şirkətləri rəqəmsal tikinti və binalarıninformasiya modelləşdirilməsi (BIM) üzrə həllər nümayiş etdirdilərki, bu da inşaatın bütün dövrü ərzində səmərəliliyi, şəffaflığı vəekoloji dayanıqlığı artırır”.

Səfər zamanı elan edilmiş “Memarlıqda qadınlar” təşəbbüsüçərçivəsində tələbə qızlar şəhərsalma layihələrində su çatışmazlığıproblemini yaradıcı şəkildə həll etmək imkanı əldə ediblər.

“‘Hər damlada ümid: dəyişiklik naminə incəsənət və memarlıq’mövzusu dövrümüzün ən böyük çağırışlarından birinin həllinə yönəlibvə gələcək qadın memarların imkanlarını genişləndirir”, – deyə obildirib.

Böyük Britaniyanın Mərkəzi Asiyanın enerji keçidindəiştirakı

“Orta Asiya ekoloji təmiz enerjinin iri mərkəzinəçevrilməkdədir. Regionun günəş və külək enerjisi potensialı onunqlobal enerji keçidində mühüm rol oynamasına imkan verir. Bu isəBöyük Britaniya üçün əməkdaşlıq imkanları yaradır; bərpa olunanenerji, təmiz hidrogen və aşağı karbonlu infrastruktur sahəsindəkitəcrübəmiz artıq öz təsirini göstərir”, – deyə lord Olderdayzvurğulayıb.

O, misallar də çəkib: “Genesis” Qazaxıstanda ekoloji təmizhidrogen üzrə layihələr hazırlayır, “Mott MacDonald” Özbəkistanınenerji sektorunun 2030-cu ilədək inkişafı üçün baş plan tərtibedib, “Worley” isə Özbəkistanda gücü 1,5 GVt olan külək elektrikstansiyası inşa edir. “Böyük Britaniya ilə Qazaxıstan arasındaaşağı karbonlu hidrogen sahəsində tərəfdaşlıq regionun bərpa olunanresurslarını Britaniyanın texnoloji liderliyi ilə birləşdirənstrateji əməkdaşlığı nümayiş etdirir”, – deyə o qeyd edib.

“Britaniya Geoloji Xidməti ekoloji təmiz enerji texnologiyalarıüçün həyati əhəmiyyətli faydalı qazıntıların xəritələşdirilməsinəkömək edir, britaniyalı şirkətlər isə onların məsuliyyətli hasilatıvə emalını dəstəkləyirlər. Bu xüsusilə vacibdir, çünki Orta Asiyaqlobal miqyasda sıfır emissiya keçidi üçün zəruri olan resursehtiyatlarına malikdir və onların işlənməsi iqtisadi və ekolojinəticələri müəyyən edəcək”, – deyə o əlavə edib.

Sonda Lord Olderdays iqlim sahəsində əməkdaşlığı da qeydedib:

“Biz Qlobal Metan Öhdəliyi çərçivəsində region ölkələrinə metanemissiyalarının azaldılmasında kömək edirik, mövcud enerjisektorlarının daha dayanıqlı fəaliyyətini dəstəkləyirik. Regionuntəbii üstünlükləri ilə Britaniyanın təmiz enerji sahəsindəkitəcrübəsinin vəhdəti Orta Asiyanın ekoloji təmiz enerji mərkəzinəçevrilməsini sürətləndirə, eyni zamanda Britaniya biznesi üçünkommersiya imkanları yarada bilən tərəfdaşlıq formalaşdırır”.

Məqalədə:
Chosen
61
1
az.trend.az

2Sources