EN

Rusiya NATO ilə danışıqlara hazırdır

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) anti-Rusiya mövqeyindən əl çəkməyə və qarşılıqlı hörmət əsasında dialoqa getməyə hazır olsa, Rusiya danışıqlara hazır olacaq.

Publika.az xəbər verir ki, bunu "İzvestiya" qəzetinə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin Avropa problemləri departamentinin direktoru Vladislav Maslennikov deyib.

Onun sözlərinə görə, Rusiya qarşılıqlı maraqlara hörmət və nəzərə alınmaqla, bərabər və bölünməz təhlükəsizlik prinsipi əsasında dialoq aparmağa razıdır.

Maslennikov xatırladıb ki, 2014-cü ildə NATO "istənilən hava şəraitində əməkdaşlıq" prinsipindən imtina edərək, sadəcə olaraq, Moskva ilə bütün kommunikasiya kanallarını dondurub.

Chosen
34
1
publika.az

2Sources