İran Prezidenti Məsud Pezeşkian ABŞ-ın danışıqların davam etdirilməsi üçün alçaldıcı şərtlər qoyduğunu və İranın bunu qəbul etməyəcəyini bildirib.
Â
Bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Â
Pezeşkian Tehranda siyasi elitanın nümayəndələri ilə görüşündə qeyd edib ki, İran əvvəllər ABŞ ilə danışıqlar aparıb və razılığa gəlməyə hazır olub, amma Vaşinqton müharibəyə əl ataraq razılaşmanı pozub: "ABŞ indi danışıqların davam etdirilməsi üçün alçaldıcı şərtlər təklif edir. Biz bunu qəbul etməyə hazır deyilik. İran alçaldıcı şərtləri qəbul etmyəcək".
Â
Pezeşkyan vurğulayıb ki, İran qarşıdurma axtarmır və Tehranın dəfələrlə nüvə bombası hazırlamadığını və hər cür yoxlamaya hazır olduğunu bildirib: "Lakin qarşı tərəf İranı bütün güc elementlərindən məhrum etməyə və sionist rejimi qarşısında zəiflətməyə çalışır. İran sülh axtarır, lakin hədə-qorxuya dözməyəcək".
Â
Pezeşkian bildirib ki, əgər qarşı tərəf həqiqətən nüvə silahları ilə bağlı narahatdırsa, İran danışıqlara hazırdır.