Moderator.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 26, 27, 28 və 29 dekabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib.
Moderator.az bu barədə səhmdar cəmiyyətə istinadən xəbər verir.
Eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər etmək olar.
Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və yaxud "ADY Mobile" tətbiqindən əldə etmək olar.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.