“Kəlbəcər Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” public hüquqi şəxsi Kəlbəcər şəhərində yerləşən ofisin təmiri işlərinə 165 000 AZN xərcləyəcək.
Pravda.az-ın xəbərinə görə, təmir işlərini “Aze Company” MMC görəcək.
Tərəflər arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Cabir
Tarix: 19 Dekabr 2025, 10:12