ABŞ ordusu Sakit okeanın şərqində narkotik daşıdığı iddia edilən iki gəmiyə zərbələr endirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı məlumat yayıb.
"Kəşfiyyat, gəmilərin Sakit okeanın şərqində narkotik qaçaqmalçılığı marşrutu ilə hərəkət etdiyini və narkotik qaçaqmalçılığı üçün istifadə edildiyini təsdiqləyib", - Komandanlığın “X” səhifəsində yazılıb.
Məlumata görə hücumlarda beş nəfər həlak olub.