EN

Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunan Beynəlxalq Elmi-Praktik Konqres keçirilir

Bakı. Trend:

Bakıda Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan DövlətHəkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) 90 illik yubileyinəhəsr olunan Beynəlxalq Elmi-Praktik Konqres keçirilir.

Trend xəbər verir ki,konqresin açılış mərasimində səhiyyə naziri Teymur Musayevtərəfindən Prezident İlham Əliyevin konqres içtirakçılarınamüraciəti oxunub.

İki gün davam edəcək konqres Azərbaycan Respublikasının SəhiyyəNazirliyinin dəstəyi ilə təşkil olunub və ölkəmizin diplomdansonrakı tibb təhsilinin inkişafında mühüm rol oynayan Ə.Əliyevadına ADHTİ-nin zəngin tarixinə, elmi tədris fəaliyyətinə və müasirnailiyyətlərinə həsr edilib.

Qeyd edək ki, konqresin əsas məqsədi tibb elmində yeni elmipraktik nailiyyətlərin müzakirəsi, həkimlərin bilik vəbacarıqlarının artırılması, xüsusilə gənc həkimlərin elmiinkişafına töhfə verməkdir.

Xəbər yenilənəcək

Chosen
49
7
az.trend.az

8Sources