ain.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
Fövqəladə Hallar Nazirliyinə (FHN) Goranboy rayonu, Goran qəsəbəsi ərazisində, Bakı-Qazax avtomobil yolunun 318-ci kilometrliyində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.Bakupost.az xəbər verir ki, FHN-in məlumatına görə, dərhal hadisə yerinə xilasedicilər cəlb edilib.Hadisə yerində məlum olub ki, “FORD” və “KAMAZ” markalı yük avtomobillərinin toqquşması nəticəsində qəza baş verib. “FORD”un sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.Xilasedicilər 1990-cı il təvəllüdlü sürücü Qərib Cəfərovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.